1 Mart 2026 / 09:22

İrakda ABŞ səfirliyinə girməyə cəhd etdilər…

İranda xalq Xameneinin ölümünü ağladığı bir vaxtda İrakda çoxsaylı insanlar ABŞ səfirliyinə girməyə cəhd edib, bunun qarşısı alınıb. Bu gün səhər saatlarında isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bir neçə partlayış səsi eşidilib. Hazırda da İran raketləri ABŞ hərbi bazalarını hədəfə alıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters“ də hadisə şahidlərinə istinadən məlumat yayıb. Eləcə də CNN- nin canlı efirində görünür ki, Qətərin paytaxtı Dohada da partlayışlar eşidilir.

İsrail və ABŞ hərbi qüvvələri isə əməliyyatı davam etdirməkdədir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!