12 Yanvar 2026 / 18:00

İrakli Qaribaşvili həbs olundu-TƏCİLİ

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili həbs edilib. Tezadlar.az 24News.ge-yə istinadla  xəbər verir ki, Gürcüstan Prokurorluğu İrakli Qaribaşvili ilə prosessual saziş bağlayıb. Prokurorluğun məlumatında deyilir: “Sazişə əsasən, keçmiş Baş nazirə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulan cinayətə görə cəza növü və ölçüsü kimi 5 il müddətinə azadlıqdan məhrumetmə təyin edilib.

Həmçinin, əlavə cəza kimi ona 1 milyon lari məbləğində cərimə tətbiq olunub. Bundan başqa, cinayət fəaliyyəti nəticəsində əldə edilmiş və onun yaşayış evində aparılan axtarış zamanı götürülmüş pul vəsaiti dövlətin xeyrinə müsadirə ediləcək. İrakli Qaribaşvili törətdiyi cinayəti etiraf edib və prosessual sazişin şərtləri ilə razılaşır. Prokurorluğun prosessual sazişlə bağlı vəsatətini məhkəmə artıq təmin edib”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!