2 Mart 2026 / 10:43

İran 3 günə bu generallarını itirdi-SİYAHI

Son iki gündə ABŞ və İsrailin hücumu nəticəsində həlak olan İran generallarının siyahı dünya və İran mediasında yer alıb. Tezadlar.az həmin siyahını təqdim edir:

– general-mayor Məhəmməd Şirazi – Ali Baş Komandanın Ofisinin rəhbəri

– general-mayor Saleh Əsədi – Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat üzrə müavini

– general-mayor, pilot Möhsün Dərəbaği – Silahlı Qüvvələrin təminat və logistika üzrə müavini

– general-mayor Əkbər İbrahimzadə – Ali Baş Komandanın Ofisinin rəhbərinin müavini

– general-mayor Qulamrza Rzaiyan – FARAJA (İranın hüquq-mühafizə orqanları) Kəşfiyyat Təşkilatının rəhbəri

– general-mayor Bəhram Hüseyni Motləq – Baş Qərargahın əməliyyat idarəsinin planlaşdırma və əməliyyat şöbəsinin rəisi

– general-mayor Həsənəli Tacik – Baş Qərargahın təminat idarəsinin rəhbəri.

Müharibə isə davam edir. Tramp hərbi əməliyyatların hələ davam edəcəyini bəyan edib.

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!