İran-ABŞ danışıqlarının ikinci raundu başa çatıb

Oxunma sayı: 492

Romada İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həllinə dair danışıqların ikinci raundu başa çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə İranın dövlət yayımı (IRIB) məlumat yayıb.

Qeyd olunur ki, Tehran və Vaşinqton arasında məsləhətləşmələrin ikinci raundu konstruktiv atmosferdə keçib.

“Məsləhətləşmələr planlaşdırıldığı kimi başa çatıb”, – məlumatda deyilir.

Qeyd edək ki, bu gün – aprelin 19-da İtaliyanın paytaxtında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün İran və ABŞ arasında danışıqların ikinci raundu baş tutub.

İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, Tehran nüvə proqramı ilə bağlı danışıqlara açıqdır, lakin çətinliklər yaranarsa, istənilən ssenariyə hazırdır.

İran və ABŞ arasında Omanda keçirilən dolayı danışıqlardan sonra bildirilib ki, Vaşinqton və Tehran yeni raundda nüvə probleminin həllinin əsas məqamlarını və İrana qarşı sanksiyaların mümkün ləğvini bir daha müzakirə etmək niyyətindədirlər. Eyni zamanda, Tehran çətin ki, uranın zənginləşdirilməsi səviyyəsini aşağı salsın, çünki ABŞ prezidenti Donald Tramp 2018-ci ildə bu məsələ ilə bağlı razılaşmanı pozub.

E.ŞİRİNOV

Xəbəri paylaş

23 May