11 Aprel 2026 / 22:12

İran ABŞ gəmilərinin Hörmüz boğazından keçməsinə imkan verməyib- NƏ BAŞ VERİR?

İran ABŞ hərbi gəmilərinin Hörmüz boğazından keçməsi barədə deyilənləri yalanladı. Tezadlar.az xəbər verir ki, bu barədə “Tasnim”ə yüksək vəzifəli iranlı təhlükəsizlik rəsmisi bildirib. Həmin rəsmi şəxs deyib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin bu gün Hörmüz boğazından keçdiyi ilə bağlı “Axios”un məlumatlarını qəti şəkildə rədd edirik. Yəni, bu o deməkdir ki, İran ABŞ hərbi gəmilərinin Hörmüz boğazından keçməsinə imkan verməyib.

Danışıqların getdiyi bir şəraitdə bu fakt Tramp komandasının əsəbləri ilə oynamaq deməkdir.

A.Məmmədli

Atəşkəs qüvvəyə mindikdən sonra bu strateji su yolundan heç bir gəminin keçmədiyi vurğulanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!