Əsas məzmuna keç

İran ABŞ hərbi bazasında “əsas obyekt”i vurub?

Ötən gecə İran Küveyt ərazisində yerləşən ABŞ hərbi bazasında “əsas obyekt”i vurduğunu bəyan edib. Tezadlar.az xatırladır ki, İranın Press TV televiziya kanalı bu barədə məlumat yayıb. Bazaya raket və pilotsuz təyyarələrin zərbələrindən sonra havaya tüstü buludlarının qalxdığı iddia edilir. Mümkün itki və ya ziyan barədə rəsmi məlumat yoxdur.
Xatırladaq ki, bu gecə Küveyt ordusunun hava hücumundan müdafiə (HHM) qüvvələri raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının qarşısını alıb. Küveyt ordusunun mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb. Sitat: “Hazırda Küveytin hava hücumundan müdafiə qüvvələri İranla əlaqəli raket hücumları və pilotsuz uçuş aparatlarının hücumlarına qarşı mübarizə aparır”. İranın “Tasnim” agentliyi də Küveytdə ehtimal ki, ABŞ hərbi bazalarının raket və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qaldığını bildirib. Bununla belə, ABŞ hərbi komandanlığı bu faktları nə təsdiq, nə də təkzib edib.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…