Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ yenidən İslam Respublikasına təcavüz edərsə, İran Amerikanın hədəflərinə daha sərt zərbələr endirəcək.
Tezadlar.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əhməd Əcəm deyib.
“Ölkəmizin “Qələbə xəbərləri” cavab əməliyyatı ABŞ-ın hərəkətləri ilə mütənasib idi. Biz onların davranışlarını izləyirik. Əgər onlar torpaqlarımıza yenidən hücum etməyə cəsarət etsələr, əməliyyatların miqyası genişlənəcək – daha mühüm və daha böyük hədəflər var”, – deyə parlamentin mətbuat xidməti onun sözlərini sitat gətirib.
Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. ABŞ münaqişəyə onun gərginləşməsindən doqquz gün sonra daxil olub: 22 iyun gecəsi Amerika qüvvələri İranın üç nüvə obyektinə hücum edib. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, itki yoxdur və ciddi ziyan dəyməyib.
ABŞ prezidenti Donald Trampın sözlərinə görə, İsrail və İran tam atəşkəs barədə razılığa gəliblər. İsrail rəsmiləri ABŞ-ın təklifini qəbul etdiklərini təsdiqləyib və bütün məqsədlərini yerinə yetirdiklərini bəyan ediblər.
E.ŞİRİNOV