Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 İyun 2025 / 07:51

İran ABŞ-ın hərbi bazalarına hücum edə bilərmi?

İranın ABŞ- ın ölkədən kənardakı hərbi bazalarına hücuma hazırlaşması barədə məlumatlar var. Bu isə əsassız deyil. ABŞ ordusu və kəşfiyyat rəsmiləri İranın dəstəklədiyi qrupların İraq və ola bilsin Suriyadakı Amerika bazalarına hücum etməyə hazırlaşdıqlarına dair işarələr qeydə alıblar. Tezadlar.az  “The New York Times”ə istinadla bildirir ki, hələlik ABŞ ordusuna qarşı heç bir tədbir görülməyib və İraq hakimiyyəti qrupları ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq hücumlardan çəkinməyə inandırmağa çalışır. Amma ötən günlərin anti-ABŞ çağırışları və qisas hədələri onu deməyə əsas verir ki, bu fakt real görünür, təhlükələr var. ABŞ- ın adının çəkilməsini istəməyən yüksək rütbəlisi isə Reuters- ə bildirib ki, artıq ciddi nəzarət fəaliyyəti təmin edilməkdədir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!