Əsas məzmuna keç

İran ABŞ-ın İordaniya, İraq və Bəhreyndə yerləşən hərbi bazalarına zərbələr enidirib

İran hakimiyyəti ABŞ-ın İordaniya və İraqdakı hədəflərinə hücumlar təşkil etdiyini bildirib. Tezadlar.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Bundan əlavə, İran mediasında yer alan xəbərlərə görə, İran Bəhreynə də hücum edib. İran İnqilab Keşikçiləri Korpusu İordaniyada çoxlu sayda Amerika əsgərinin öldürüldüyünü bildirib, lakin iki ABŞ rəsmisi Reuters agentliyinə ilkin qiymətləndirmələrdə İranın hücumunda heç bir itki olmadığını bildirib. İran İnqilab Keşikçiləri Korpusu bildirib ki, quru qüvvələri İraqın şimalındakı Ərbil şəhərindəki ABŞ bazalarına dron və raketlərlə hücum edib və nəticədə bir neçə amerikalı hərbçi həlak olub. Nə İraq, nə də ABŞ hücumu təsdiqləməyib.

Xatırladaq ki, ABŞ İrana qarşı yeni zərbələr endirdiyini bildirib. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, zərbələr İslam İnqilabı Keşikçiləri Korpusunun Hörmüz boğazında ticarət gəmilərinə və bölgədə yerləşən Amerika hərbi qulluqçularına hücum cəhdlərindən sonra endirilib. İran Qızıl Aypara Cəmiyyəti bildirib ki, ABŞ-ın İranın cənubundakı Sirik şəhərində toy məclisi zamanı bir evə raket qəlpələrinin düşməsi nəticəsində biri azyaşlı uşaq da daxil olmaqla dörd nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…