27 Aprel 2026 / 13:45

İrandan hədə: ABŞ-ın şərtlərimizi qəbul etməkdən başqa çarəsi yoxdur

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi Tehran və Vaşinqton arasında aparılan danışıqlarla bağlı deyib: “Əgər ABŞ ağıllı davranmaq istəyirsə, danışıqlarda İranın şərtlərini qəbul etməkdən başqa çarəsi yoxdur”.

Tezadlar.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Rzayi bu sözləri ABŞ ilə davam edən danışıqlarla bağlı deyib.

Rzayi qeyd edib ki, regional ölkələr və neft alıcıları tranzit yollarının bağlanması səbəbindən ABŞ-a təzyiq göstərir və bu ölkələr Vaşinqtondan Hörmüz boğazının yenidən açılması üçün lazımi şərait yaratmağı tələb edirlər.

Rzayi bildirib ki, “Əgər ABŞ ağıllı davranmaq istəyirsə, danışıqlarda İranın şərtlərini qəbul etməkdən başqa çarəsi yoxdur”.

O, həmçinin İran Parlamentinin üzvlərinin Hörmüz boğazından tranzit üçün rüsumların tətbiqi ilə bağlı zəruri hüquqi qaydalar üzərində işlədiyini qeyd edib və əlavə edib ki, boğazla bağlı protokol müharibədən əvvəlki formasına qayıtmayacaq.

Sonda Rzayi ölkəsinin ABŞ ilə danışıqlarda irəli sürdüyü 10 şərtdən heç vaxt geri çəkilməyəcəyini vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!