6 May 2026 / 15:15

İran ABŞ-ın təkliflərini qəbul edəcəkmi?

“İran ABŞ-ın təklifini nəzərdən keçirir…”. Tezadlar.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi əlavə olaraq belə deyib: “…İran ABŞ-ın bir səhifə və 14 maddəlik sülh təklifini dəyərləndirir…”.

Xarici medianın xəbərinə görə, ABŞ-la İran müharibənin dayandırılması və nüvə proqramı üzrə danışıqların çərçivəsini müəyyən edən bir səhifəlik anlaşma memorandumunu imzalamağa yaxındır. Məlumata görə, Ağ Ev İranın növbəti 48 saat ərzində təklifə cavab verməsini gözləyir. Bütün hallarda, bu sülh razılaşmasına aparan yolun bir nümunəsidir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!