11 Avqust 2025 / 05:00

İran Azərbaycan və Ermənistana xəbərdarlıq edib?

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli rəsmisi, general Yadollah Cavani Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a güvənməklə strateji səhvə yol verdiyini bildirib.

Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, iki ölkə lideri Ukrayna prezidenti Vladimir Zelenskinin yolunu təkrarlayır və bu, mənfi nəticələrə gətirib çıxaracaq.

İranın “Kayhan” qəzetinin yazdığına görə, Cavani Tehranın öz təhlükəsizliyini İranın milli maraqlarına təhdid kimi qiymətləndirilən Zəngəzur layihəsinin həyata keçirilməsindən hər vasitə ilə qoruyacağını vurğulayıb. General Rusiya və Hindistanın bu proseslərə biganə qalmayacağına da diqqət çəkib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Amerikanın İranın şimal sərhədlərinə təsirini artırmaq planlarının həyata keçirilməsi ehtimalını qəti şəkildə rədd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!