İran Baş Qərargah rəisi general-mayor Əli Abdullahi Hörmüz boğazında gəmilərin hərəkəti ilə bağlı bildirib: “ABŞ prezidentinin (Donald Tramp) mətbuat və təbliğat vasitəsilə Hörmüz boğazının açıq olduğu iddialarının əksinə olaraq, bu strateji su yolu tamamilə bağlıdır və İran Silahlı Qüvvələrinin nəzarəti altındadır”.
Tezadlar.az xəbər verir ki, İran mətbuatında yer alan xəbərlərə görə, Abdullahi Hörmüz boğazının sahillərində yerləşən hərbi bölmələri yoxlayıb.
Açıqlamasında Abdullahi İnqilab Keşikçiləri Korpusunun quru və dəniz qüvvələrinin Fars körfəzi sahilləri, adalar və Hörmüz boğazı üzərində nəzarətə malik olduğunu və bölgənin nəzarət altında olduğunu vurğulayıb və əlavə edib: “ABŞ prezidentinin mətbuat və təbliğat vasitəsilə Hörmüz boğazının açıq olduğu iddialarının əksinə olaraq, bu strateji su yolu tamamilə bağlıdır və İran Silahlı Qüvvələrinin nəzarəti altındadır”.
Abdullahi İranın təyin etdiyi marşrutdan kənarda Hörmüz boğazından keçməyə çalışan hər hansı bir gəminin öz təhlükəsizliyini təhlükəyə atacağını bildirərək, bu cür keçidlərin gəmilərə zərər verə biləcəyi barədə xəbərdarlıq edib.
O, həmçinin qeyd edib ki, Fars körfəzində, adalarda, Hörmüz boğazında və Oman körfəzində yerləşən İran Silahlı Qüvvələrinin bölmələri əvvəlki dövrlərlə müqayisədə daha yüksək hazırlıq səviyyəsindədir və müasir avadanlıqlarla təchiz olunub.
ELBAR







