Əsas məzmuna keç

İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib

İranın BMT-dəki Daimi Nümayəndəliyi gecə saatlarında İsrailin hücumu ilə əlaqədar dünya təşkilatının Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib.

Tezadlar.az xəbər verir ki, Daimi Nümayəndəliyin rəhbəri Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının sədrinə müvafiq məktub göndərib.

“Sionist rejim (İsraili nəzərdə tutur – RED.) ehtiyatsız, qeyri-qanuni və düşünülmüş təcavüz aktında İran İslam Respublikasının nüvə obyektlərinə və mülki infrastrukturuna bir sıra koordinasiyalı hərbi hücumlar həyata keçirib”, – “Tasnim” agentliyi görüşün tələbi barədə məlumat verən sənədin mətnindən sitat gətirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…