14 Aprel 2026 / 05:40

İran bu ölkələrdən təzminat tələb etdi

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, beş ərəb ölkəsi beynəlxalq qanunsuz hərəkətləri nəticəsində yaranan bütün maddi və qeyri-maddi itkilər də daxil olmaqla, ölkəsinə vurulan ziyana görə tam təzminat ödəməyə borcludur.

Tezadlar.az xəbər verir ki, onun sözləri “Pars Today”-in Telegram kanalında yer alıb.

Siyahıya ABŞ və İsrailin İrana qarşı apardığı müharibədə iştirak etdiklərinə görə Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya daxildir.

İrəvani vurğulayıb ki, bu beş ərəb dövləti İran İslam Respublikasına qarşı beynəlxalq öhdəliklərini pozub və bununla da beynəlxalq məsuliyyət daşıyıblar.

Daha əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens ABŞ və İran arasında sülh danışıqlarının perspektivlərini qiymətləndirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!