İran raketlər və kamikadze təyyarələri ilə şimaldan cənuba bütün İsrail ərazisinə hücum edib.
Tezadlar.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.
Onlar İsrailin Tel-Əviv, Hayfa, Aşkelon, Aşdod, Akko, Safed və digər şəhərlərinin İranın raket zərbələrinə məruz qaldığını qeyd ediblər.
E.ŞİRİNOV







