Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 Mart 2026 / 17:18

İran dronlarının hücumu nəticəsində xəsarət alanlardan 3-ü Naxçıvan aeroportunun əməkdaşlarıdır

Xəbər verdiyimiz kimi, bu gün İran dronları Naxçıvana şəhərini vurub. Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. Dronlardan biri Naxçıvan aeroportuna düşüb. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Tezadlar.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər mülki şəxs:

Naxçıvan Hava Limanında xidmət aparan əməkdaşlar:

– 1986-cı il təvəllüdlü Vəliyeva Reyhanə Sabir qızı,

– 1996-cı il təvəllüdlü Zülfüqarlı Zülfüqar Məmməd oğlu,

– 1996-cı il təvəllüdlü Əsgərov Mehdi Mətləb oğlu və

– təyyarəyə minik gözləyən sərnişin 1998-ci il təvəllüdlü Cəfərov Əsəd Vidadi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkmiş şəxslərə müvafiq tibbi yardımlar göstərilib, hazırda xəstəxanada həmin nəzarəti altında müalicələri davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!