23 Aprel 2026 / 12:07

İran ərəb ölkələrindən BMT-yə şikayət etdi

İran Birləşmiş Millətlər Təşkilatına (BMT) məktubda Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Qətər və Küveytə qarşı etirazını bildirib və ABŞ və İsrailin İrana hücumlar üçün ərazilərindən və hava məkanından istifadə etdiyini iddia edib.

Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına (TŞ) ayrıca məktublar göndərərək BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Küveytə etirazını bildirib.

Beynəlxalq hüquqa görə, dövlətlərin “əraziləri üçüncü ölkəyə qarşı təcavüz və ya silahlı hücum üçün istifadə edildiyi təqdirdə” məsuliyyət daşıdığını xatırladan İrəvani məktubunda bildirib: “İran birmənalı şəkildə Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı hökumətlərini mehriban qonşuluq prinsiplərinə riayət etməyə və ərazilərinin İrana qarşı davamlı istismarının qarşısını almağa çağırır”.

Məktubda qeyd olunur ki, İran qonşu ölkələrin suverenliyinə hörmət prinsipini dəstəkləsə də, suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini qorumaq üçün özünümüdafiə hüququ da daxil olmaqla, “bütün zəruri və müvafiq tədbirləri” görmək hüququnu özündə saxlayır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!