Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ prezidentini İran xalqına vurulan itkilər, maddi ziyan və böhtanlara görə məsuliyyət daşımaqda ittiham edib. Tezadlar.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib. Xamenei qeyd edib ki, amerikalılar müxtəlif bəhanələr və daha iddialı niyyətlərlə fitnə yaratmağa cəhd göstəriblər. Onun sözlərinə görə, İran xalqı 12 günlük müharibə zamanı ABŞ və sionizmi məğlub etdikdən sonra, Allahın köməyi ilə bu gün də fitnəni yatırdıb. Lakin o vurğulayıb ki, bununla məsələ bitmir və ABŞ tərəfi gördüyü işlərə görə cavab verməlidir. İranın ali dini lideri bildirib ki, bu məsələ ilə Xarici İşlər Nazirliyi və aidiyyəti qurumlar məşğul olmalıdır. O, həmçinin “İran fitnənin belini qırıb və indi eyni münasibəti fitnə törədənlərə də göstərməlidir” – deyə əlavə edib.
Xamenei vurğulayıb ki, “Amerika fitnəsinin əsas məqsədi İranı zəiflətmək və nəzarət altına almaqdır”. Onun sözlərinə görə, İran müharibəyə can atmasa da, ABŞ fitnəsinin daxili və beynəlxalq səviyyədəki günahkarlarını cəzasız qoymayacaq. Ayətullah Əli Xamenei, bir daha ABŞ prezidentini İran xalqına qarşı törədilən itkilər, ziyan və böhtanlara görə günahkar hesab etdiklərini bildirib.