İran hakimiyyəti internetə çıxışa məhdudiyyətlər qoyub

İran hökuməti İsrailin hücumları fonunda internetə çıxışı müvəqqəti məhdudlaşdırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

“Ölkədə yaranmış xüsusi vəziyyətlə əlaqədar və səlahiyyətli orqanların qərarlarına uyğun olaraq, internetə çıxışa müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – yerli Fars Xəbər Agentliyi nazirliyin bəyanatına istinadən yazır.

Nazirlik onu da dəqiqləşdirib ki, internetə çıxış yalnız ölkədə vəziyyət normallaşdıqdan sonra bərpa olunacaq.

Bundan əvvəl İsrailin İran ərazilərinə silsilə hücumları davam etdirdiyi məlum olub. Belə ki, ölkənin qərbindəki Qəsri Şirin və Kəngəvar şəhərləri hücuma məruz qalıb.

E.ŞİRİNOV  

Xəbəri paylaş

12 İyul