Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran mediası ABŞ mediasında Tehran və Vaşinqtonun razılığa yaxın olduqları iddia edilən xəbərlərin səhv olduğunu və İranın ABŞ-ın təqdim etdiyi və “bəzi qəbuledilməz bəndləri ehtiva edən” təklifə hələ cavab vermədiyini bildirib.
Tezadlar.az xəbər verir ki, İranın yarı-rəsmi xəbər agentliyi “Tasnim” məsələ ilə tanış mənbələrə istinadən Amerika media orqanı “Axios”-un “ABŞ-ın müharibəni bitirmək üçün İranla bir səhifəlik anlaşma memorandumu imzalamağa yaxın olduğu” iddiasını təkzib edib.
“Amerika mediasında İran və ABŞ-ın müharibəni bitirmək üçün yekun bir səhifəlik razılaşmaya yaxın olduğu iddialarına baxmayaraq, İran hələ də bəzi qəbuledilməz bəndləri özündə ehtiva edən son Amerika təklifinə rəsmi cavab verməyib”, – məlumatda deyilir.
Məlumatda daha sonra qeyd olunur ki, İranın Pakistan vasitəsilə çatdırılan və prezident Donald Trampın “qəbuledilməz” hesab etdiyi təklifindən sonra ABŞ yeni bir təklif təqdim edib və bu təklif nəzərdən keçirilərkən ABŞ-ın hərəkətləri nəzərdən keçirmə prosesinin dayandırılmasına səbəb olub.
Trampın Hörmüz boğazını batmış gəmilərdən təmizləməyi hədəflədiyini iddia etdiyi “Azadlıq Əməliyyatı”nı dayandırdığını elan etməsindən sonra İranın ABŞ təklifini yenidən nəzərdən keçirdiyi və cavabını vasitəçi Pakistana bildirəcəyi bildirilir.
Yarı-rəsmi “Fars” Xəbər Agentliyi məsələ ilə tanış mənbələrə istinadən bildirib ki, “Amerika media orqanı “Axios” və Britaniya media orqanı “Reuters” tərəfindən irəli sürülən iddiaların yerindəki faktlara əsaslanmaq əvəzinə, qlobal bazarlara təsir göstərməyə və xüsusilə neft qiymətlərini aşağı salmağa yönəldiyi qiymətləndirilir”.
İranın rəsmi xəbər agentliyi IRNA əvvəllər İranın ABŞ ilə danışıqlarda vasitəçilik edən Pakistan hökumətinə ABŞ-la müharibəyə son qoya biləcək bir razılaşma üçün yeni bir təklif təqdim etdiyini bildirmişdi.
3 may tarixində ABŞ prezidenti Tramp İsrail dövlət televiziyası KAN-a verdiyi müsahibədə İranın danışıqlarda təqdim etdiyi təklifi nəzərdən keçirdiyini və onu “qəbuledilməz” hesab etdiyini, bundan sonra ABŞ-ın Pakistan vasitəsilə İrana öz şərtlərini ehtiva edən yeni bir təklif təqdim etdiyini bildirib.
Dünənki açıqlamasında Tramp İranla danışıqlarda “tam və qəti” razılaşmaya nail olmaq üçün böyük irəliləyiş əldə edildiyini iddia etdi və Hörmüz boğazında ilişib qalmış gəmilərin keçməsinə icazə verməyi hədəflədiyini iddia etdiyi “Azadlıq Əməliyyatı”nı dayandırdığını elan etdi.
E.ŞİRİNOV