Əsas məzmuna keç

İran: Hörmüz boğazında iki neft tankeri minaya dəydikdən sonra partladı

İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ABŞ ordusunun rəhbərliyi və döyüş təyyarələrinin dəstəyi ilə Hörmüz boğazının cənub marşrutundan istifadə etməyə çalışan iki neft tankerinin dəniz minalarına dəydikdən sonra partladığını iddia edib.

Tezadlar.az-ın məlumatına görə, İİKK-nın bəyanatında deyilir ki, mina zərbələrindən sonra baş verən şiddətli partlayışlar Hörmüz boğazını saatlarla işıqlandırıb.

İddia edilir ki, bu iki tanker dünən partlayan iki tankerin yaxınlığında partlayıb və bununla da Hörmüz boğazında alovlanan və batan tankerlərin ümumi sayı dünənə qədər altıya çatıb.

Bəyanatda partlayışlar nəticəsində yaranan çirklənmənin boğaz sahillərinə yayıldığı və tankerlərin hədəfə alınmasının ABŞ-nin Hörmüz boğazında “qanunsuz dəniz blokadası”na və İran qaydalarının pozulmasına cavab olaraq “cəza tədbiri” olduğu əlavə edilib.

Neft şirkətləri sahiblərini xəbərdar edən bəyanatda Hörmüz boğazında yaradıldığı iddia edilən cənub marşrutunun dəniz minaları ilə dolu olduğu bildirilirdi.

ABŞ hərbi rəsmilərinin açıqlamalarına əsaslanaraq bu marşrutdan istifadə etməyə çalışan şirkətlərə məxsus tankerlərin təhlükə altında olacağı qeyd edildi.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…