Əsas məzmuna keç

İran: Hörmüz boğazında yeni dəhliz haqqında saziş yaxın günlərdə imzalanacaq

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Hörmüz boğazından giriş və çıxış üçün İranın nəzarəti altında yeni dəhliz haqqında Omanla sazişin yaxın günlərdə imzalanacağını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Rzayi bu açıqlamaları televiziya proqramında verib.

O, Hörmüz boğazı ilə bağlı yeni qərar qəbul edəcəklərini və Hörmüz boğazından giriş və çıxış üçün İranın nəzarəti altında yeni dəhliz haqqında Omanla sazişin yaxın günlərdə imzalanacağını bildirib. “Tezliklə Hörmüz boğazı ətrafında məhdud bir ərazi elan edəcəyik”, – deyə o bildirib.

Rzayi bildirib ki, bu ərazi ABŞ dəniz blokadası altındakı ərazidən başlayaraq Hörmüz boğazını və Fars körfəzini əhatə edəcək və yeni elan edilmiş əraziyə “icazəsiz” daxil olan hər hansı bir gəminin İran tərəfindən qara siyahıya salınacağı barədə xəbərdarlıq edib.

Rzayi ölkəsinin Hörmüz boğazında tədbirləri sərtləşdirəcəyini bildirib və əlavə edib ki, bu daha sərt tədbirlər raket hücumlarından daha böyük təsirə malik olacaq. O, “Hörmüz boğazının yalnız amerikalılar hücum və ya təxribat törətmədiyi təqdirdə açıq qalacağına zəmanət veririk” deyib.

İranın ABŞ hərbi gəmilərinə hücumlarından danışan Rzayi deyib: “48 saat əvvəl gəmi əleyhinə raketimizi ilk dəfə ABŞ hərbi gəmisində sınaqdan keçirdik”.

Rzayi iddia edib ki, İran və ABŞ arasında vasitəçi kimi çıxış edən ölkələr iki ölkə arasında imzalanmış anlaşma memorandumunun həyata keçirilməsində səmərəsiz olublar.

O, əlavə edib ki, ölkəsi hazırda neft satır və satılan neftin pulu toplanıb.

ELBAR

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…