Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Məlum olduğu kimi, İran dünən Hörmüz boğazında atəş açmaq qərarı verdi — bu, atəşkəs razılaşmamızın tam pozulmasıdır! Güllələrin bir çoxu Fransa gəmisinə və Böyük Britaniyaya məxsus yük gəmisinə istiqamətlənmişdi”. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində əsəbi paylaşım edib. Tramp paylaşımında “Bu, yaxşı hal deyil, elə deyilmi?” deyərək təəssüfünü bildirib: Sitat: “Mənim nümayəndələrim Pakistanın İslamabad şəhərinə gedir — onlar sabah axşam danışıqlar üçün orada olacaqlar. İran bu yaxınlarda Hörmüz boğazını bağladığını açıqladı, bu isə qəribə səslənir. Çünki bizim blokadamız artıq boğazı bağlayıb. Onlar fərqində olmadan bizə kömək edirlər və bağlanmış keçiddən ən çox zərər görən də elə özləridir — gündə 500 milyon dollar itirirlər! ABŞ isə heç nə itirmir. Əksinə, hazırda bir çox gəmilər ABŞ-a — Texas, Luiziana və Alyaska ştatlarına doğru istiqamət alıb ki, yükləmə aparsınlar. Bunu isə daim “sərt tərəf” olmaq istəyən İslam İnqilabı Keşikçiləri Korpusu-nun “töhfəsi” hesab etmək olar! Biz çox ədalətli və məntiqli bir razılaşma təklif edirik və ümid edirəm ki, onlar bunu qəbul edəcəklər. Əgər etməsələr, ABŞ İranda olan bütün elektrik stansiyalarını və bütün körpüləri məhv edəcək. Artıq yumşaq davranış dövrü bitdi! Onlar tez və asanlıqla geri çəkiləcəklər. Əgər razılaşmanı qəbul etməsələr, lazım olanı etmək mənim üçün şərəf olacaq — bu, son 47 il ərzində digər prezidentlərin İrana qarşı etməli olduğu addım idi. Artıq İranın “ölüm maşını” dayanmalıdır!”