Əsas məzmuna keç

İran: İrana qarşı yeni bir hücumun alovu hər kəsi bürüyəcək

İranın Baş Qərargah rəisi və Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdullahi “ölkəsinə qarşı yeni bir hücumun alovu hər kəsi bürüyəcəyini” iddia edib.

Tezadlar.az xəbər verir ki, İran mediasının məlumatına görə, Abdullahi bu sözləri ölkəsinə qarşı yeni bir hücum ehtimalına cavab olaraq deyib.

ABŞ və İsrailin İrana qarşı yeni bir hücum cəhdi edəcəyi təqdirdə müharibənin daha da şiddətlənəcəyini iddia edən Abdullahi “İrana qarşı yeni bir hücumun alovu hər kəsi əhatə edəcək” deyib.

İsrailin Baş naziri Binyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərinə toxunan Abdullahi sözünə davam edib: “Sionist dəstəsinin başçısının bölgədə olması və İranın nüvə proqramının hərbi mərhələyə keçdiyi barədə verdiyi açıqlama tamamilə xəyaldır. Qoyun cildində canavar rolunu oynamağı dayandırın və İranın nüvə obyektləri haqqında əsassız açıqlamalar verməkdən çəkinin.”

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…