İsrail İrana hücum edərək bütün qırmızı xətləri keçdi.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.
Qeyd edilir ki, Tehranın cavab zərbəsi ilə bağlı heç bir məhdudiyyəti yoxdur.
“İndi Qüdsü işğal edən terrorçu rejim bütün qırmızı xətləri keçdiyinə görə, bu cinayətə cavab vermək üçün heç bir məhdudiyyət qalmayıb”, – bəyanatda deyilir.
Qeyd edək ki, iyunun 13-də İsrail İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH-ın) Tehrandakı qərargahına və İranın nüvə proqramının əsas obyektlərinə zərbələr endirib. İnqilab Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami və bir neçə nüvə alimi öldürülüb. İsrailin baş naziri Benyamin Netanyahu hücumun İranın nüvə infrastrukturuna qarşı yönəldiyini bildirib.
JASMİN