İran İsraili kütləvi raket hücumuna məruz qoydu- ölən və yaralananlar var

Bu gün səhər saatlarında İran Silahlı Qüvvələri İsrailə kütləvi raket hücumu etməsi nəticəsində azı üç nəfər ölüb. Tezadlar.az CNN- Türk-ə istinadla xəbər verir ki, bu barədə İsrailin Milli Tibbi Xidmətindən (MTX) bildirilib. “Mərkəzin atəşə tutulmasından sonra üç ölü var”.

Eyni zamanda, MTX sosial şəbəkədə 67 nəfərin yaralandığını açıqlayıb. Onlardan 60-nın vəziyyəti yüngül, 6-nın orta ağır, 30 yaşlı qadının isə kritik olduğu qeyd olunub. Yerli KİV genişmiqyaslı dağıntılar barədə məlumat verir, xilasedicilər binaların dağıntıları altında qala biləcək sağ qalanları axtarmağa davam edirlər.

İsrailin müdafiə korpusunun rəhbərliyi isə bunun əvvəlkilərdən daha sərt olacağını bəyan edib.

Trampın iki dövlət arasındakı vasitəçiliyi isə hələki səmərə ermir.

Xəbəri paylaş