Əsas məzmuna keç

İran məhkəməsi “Kann” kinofestivalının baş mükafatını alan Azərbaycan əsilli rejissorun həbsinə fərman verib

Azərbaycan əsilli iranlı rejissor Cəfər Pənahi barəsində Tehran məhkəməsi qiyabi bir il həbs qərarı verib. 

Tezadlar.az  xəbər verir ki, bu barədə rejissorun vəkili Mustafa Neyli “X” hesabında açıqlama yayıb. O bildirib ki, Pənahinin həmçinin 2 il müddətinə ölkədən çıxışına, ictimai və siyasi təşkilatlarda iştirakına qadağa qoyulub.

Əlavə olunub ki, tanınmış rejissor İrandakı dini rejimə qarşı təxribat xarakterli fəaliyyət göstərməkdə ittiham edilib.

İran mediası Pənahinin son zamanlar ölkə xaricində olduğunu yazıb.

Xatırladaq ki, bu ilin mayında C.Pənahinin “Sadə təsadüf” filmi “Kann” kinofestivalının baş mükafatı olan “Qızıl palma budağı”na layiq görülüb.

Qeyd edək ki, Pənahi 1960-cı ildə Cənubi Azərbaycanın Miyana şəhərində anadan olub. 1995-ci ildə Pənahinin “Ağ şar” filmi “Kann” kinofestivalında “Qızıl kamera” mükafatını qazanıb. Eyni ildə film Nyu-York tənqidçilərinin “1995-ci ilin ən yaxşı filmləri” siyahısında da yer alıb.

2006-cı ildə ekranlara çıxan “Ofsayd” filmi Berlin kinofestivalında “Gümüş ayı” mükafatına layiq görülüb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…