Əsas məzmuna keç

İran məhsulları Naxçıvan məhsulu kimi əhaliyə satılırmış

İrandan gətirilən məhsullar bazara Naxçıvan, Ordubad məhsulları adı altında çıxarılır.

Tezadlar.az  xəbər verir ki, bunu Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının baş icraçı direktoru Emin Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “İqlimədavamlı Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, bazarda belə halların baş verməsi çox narahatedici məqamdır.

“Burada ixtisaslı kadrların yetişdirilməsi məsələsi də diqqətdə saxlanılmalıdır. Azərbaycan Dövlət Aqrar Universitetində orqanik məhsul istehsalı ilə bağlı kafedra yenidən fəaliyətə başlamalıdır”, – deyə E.Əliyev vurğulayıb.

 

trend

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…