Vəziyyət dəyişir, hədəflər başqalaşır, hücumlar başqa müstəviyə keçir…
Tezadlar.az Haber-Türk-ün canlı efirinı istinadla bildirir ki, SEPAH ABŞ və İsrailin sui-qəsdlərinə cavab olaraq Yaxın Şərqdə ABŞ-a məxsus şirkətləri hədəf alacağını bəyan edib. İran mediasının da xəbərinə görə, sui-qəsdlərin planlaşdırılmasında rol oynayan İT və süni intellekt şirkətləri legitim hədəf olacaq. “Bu müəssisələrin əməkdaşlarına tövsiyə edirik ki, öz həyatlarını qorumaq üçün dərhal öz iş yerlərindən uzaqlaşsınlar. Region ölkələrində bu şirkətlərin ətrafında yaşayan sakinlər də 1 km radiusda ərazini tərk edib təhlükəsiz yerlərə getsinlər”, – xəbərdarlıqda deyilir. Bəyanatda “Cisco”, “HP”, “Intel”, “Oracle”, “Microsoft”, “Apple”, “Google”, “Meta” və digər şirkətlərin adları yer alıb.
Bu şirkətlərin 1 apreldən etibarən hücumlara məruz qalacağı qeyd olunub.
Xatırladaq ki, Azərbaycanın elektron sistem istifadəçiləri bu şirkətlərin istehlakçısıdır. Bütün sahələrdə bu şirkətlərin xidmətlərindən istifadə olunur. Elə isə Azərbaycan istifadəçilərini nə gözləyir?
ABŞ mediası isə bu cür hədələrin cavabsız qalmayacağını yazır.
A.Məmmədli