Əsas məzmuna keç

Kirayə verdiyi evdə ər-arvad dəm qazından öldü-KİRAYƏ VERƏN MƏSULİYYƏT DAŞIYIRMI?

Ötən gecə Bakıda ər və arvad dəm qazından boğulub. Tezadlar.az xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Ayət Məmmədov və 1976-cı il təvəllüdlü arvadı Ülviyyə Nərimanova kirayə yaşadığı fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Təəssüflər olsun, fərdi yaşayış evlərində qazla işləyən qızdırıcı qurğuların istismarında kobud səhvlərə yol verirlər. Burda isə günah ölənlər yox, mənzili kirayə verəndədir. İstintaq bu məqamı mütləq nəzərə almalıdır. Belə çıxır ki, sən nasaz avtomobili kirayə verirsən, yolda avtomobilin sükanı işləmir, maşın dönmür, dağdan aşır, yaxud dərəyə yuvarlanır, 4 nəfər ölür, amma sənin məsuliyyətin olmasın?!

A.Məmmədli

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…