Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranlı danışıqlar qrupunun Pakistanda keçirilməsi planlaşdırılan ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada səfər etməsi ilə bağlı xəbərlər təkzib edilib.
Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyası beynəlxalq media orqanlarının İran nümayəndə heyətinin Pakistana getməsi ilə bağlı xəbərlərinin yanlış olduğunu açıqlayıb.
İran rəsmilərinin “təhdid altında və atəşkəsi pozan hərəkətlərin kölgəsində danışıqları qəbul etməyəcəkləri” barədə açıqlamalarını xatırladan xəbərdə deyilir ki, “İrandan indiyə qədər nə əsas, nə də ikinci dərəcəli diplomatik nümayəndə heyəti Pakistanın paytaxtı İslamabada getməyib”.
Qətərin Əl-Cəzirə televiziyası isə Pakistan rəsmisinə istinadən İranın “ilkin danışıqlar qrupu”nun ABŞ ilə danışıqlar üçün İslamabada gəldiyini iddia edib.
E.ŞİRİNOV