Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 İyun 2025 / 07:56

İran nüvə silahı hazırlayırmı?- ABŞ RƏSMİLƏRİNİN ŞÜBHƏLƏRİ TƏSDİQLƏNİR

Ötən gün ABŞ-nin Müdafiə Nazirliyi İranın nüvə silahı yaratmaq üçün aktiv addımlar atdığını iddia edib. Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, bunu Arkanzas ştatından respublikaçı senator Tom Kotton “X” sosial şəbəkəsindəki hesabında yazıb. Sitat: “Bu gün Pit Heqset təsdiq edib ki, İran nüvə silahı yaratmaq üzərində fəal işləyir. Milli təhlükəsizliyimiz, müttəfiqlərimizin və regiondakı milyonlarla mülki insanın təhlükəsizliyi naminə buna yol vermək olmaz”, – paylaşımda qeyd olunur.

Qeyd edək ki, dünən iyunun 9-da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi bəyan edib ki, əvvəlki illərdə antropogen uran hissəciklərinin aşkar edildiyi üç obyekt, eləcə də bəzi digər obyektlər İranın 2000-ci illərin əvvəllərində başa çatdırdığı bəyan edilməmiş nüvə proqramının bir hissəsi olub. Qrossinin sözlərinə görə, bu proqramda bəyan edilməmiş nüvə materiallarından istifadə olunub. İran rəsmiləri isə hələki bu iddialara cavab verməyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!