Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“ABŞ-ın blokadası davam edərsə, Hörmüz boğazı bağlanacaq”. Tezadlar.az xəbər verir ki, bu barədə İran Parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf sosial media hesabında yazıb. Qalibaf X-də yazıb: “ABŞ prezidenti bir saat ərzində yeddi bəyanat verdi və onların yeddisinin hamısı yalan idi. Onlar bu yalanlarla müharibədə qalib gələ bilmədilər və əlbəttə ki, yalanlarla danışıqlarda heç nəyə nail ola bilməyəcəklər. Əgər blokada davam edərsə, Hörmüz boğazı açıq qalmayacaq”. Qalibaf həmçinin bildirib ki, Hörmüz boğazından keçid “müəyyən edilmiş marşrut” və “İranın icazəsi ilə” həyata keçiriləcək. Məlumat üçün bildirək ki, dünən İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının kommersiya gəmiləri üçün açıldığını açıqladı. ABŞ prezidenti Donald Tramp boğazın tam açıldığını təsdiqlədi, lakin İrana qarşı dəniz blokadasının davam edəcəyini qeyd etdi. Bu arada, İran Xarici İşlər Nazirliyi Trampın zənginləşdirilmiş uranla bağlı açıqlamasında cavab verib.
Bildirilib ki, ölkənin zənginləşdirilmiş uran ehtiyatı heç yerə köçürülməyəcək. Məlumat üçün bildirək ki, ABŞ prezidenti bildirib ki, ABŞ zənginləşdirilmiş uranı ABŞ-a qaytarmaq üçün İranla əməkdaşlıq edəcək. O, həmçinin bildirib ki, İran “hər şeyə”, o cümlədən zənginləşdirilmiş uranın ölkədən çıxarılması ilə bağlı razılığa gəlib.