Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ-ın Tehrana qarşı dəniz blokadası tətbiq etmək cəhdi “uğursuzluğa məhkumdur”.
Tezadlar.az xəbər verir ki, onun sözlərini “Mehr” xəbər agentliyi yayıb.
“Dəniz blokadası və ya məhdudiyyətləri tətbiq etmək üçün edilən hər hansı bir cəhd beynəlxalq hüquqa ziddir, regional ölkələrin maraqlarına ziddir və uğursuzluğa məhkumdur”, – o, qeyd edib.
Pezeşkian həmçinin vurğulayıb ki, Fars körfəzindəki hər hansı bir qeyri-sabitliyə görə məsuliyyət ABŞ və İsrailin üzərinə düşəcək.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın nüvə proqramı ilə bağlı razılıq əldə olunana qədər ABŞ İrana qarşı dəniz blokadasını ləğv etməyəcək.
E.ŞİRİNOV