7 May 2026 / 15:33

İran Prezidenti Ali Rəhbər Ayətullah Müctəba Xamenei ilə görüşüb?-İNANILMAZ

Gözlənilməz hadisə: İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ilə görüşüb. Tezadlar.az İRNA agentliyinə istinadla bildirir ki, Məsud Pezeşkian İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin məsul şəxsləri ilə görüşdə bu məsələyə toxunub. O, İranın Ali Rəhbəri ilə görüşünün səmimi atmosferdə və qarşılıqlı hörmət mühitində keçdiyini bildirib. “Bu yaxınlarda Ali Rəhbər Ayətullah Seyid Müctəba Xamenei ilə görüş keçirdim. Görüş səmimi şəraitdə baş tutdu və müzakirələr təxminən iki saat yarım davam etdi… Düşmənlərin əsas məqsədi ictimai narazılıq yaratmaq, insanları küçələrə çıxarmaq, idarəetmə strukturunu zəiflətmək və nəticədə ölkəni parçalamaq olub…. Lakin İran xalqı ordu, hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri ilə birlikdə vəziyyəti ən yaxşı şəkildə idarə etdi və bu ssenarilərin gerçəkləşməsinə imkan vermədi”.

Sitatın sonu.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!