Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün İran Prezidenti Məsud Pezeşkian ölkədə davam edən kütləvi etirazlar fonunda hakimiyyətin səhvlərini etiraf edərək, gənclərin narazılığının haqlı olduğun söyləyib. Tezadlar.az İRNA- ya istinadla xəbər verir ki, o, Qolestan vilayətinə səfəri zamanı etirazların kökündə hökumətin yarıtmaz fəaliyyətinin dayandığını bildirib. Pezeşkian vurğulayıb ki, gənclərin küçələrə çıxması onların qayğılarına lazımi cavab verilməməsinin nəticəsidir və buna görə məsuliyyət birbaşa hakimiyyətin üzərinə düşür: “Əgər gənclərimiz küçələrə çıxıblarsa, deməli, günah bizdədir”.
Xatırladaq ki, İranda 2025-ci ilin dekabrından iqtisadi böhran və valyutanın kəskin ucuzlaşması ilə başlayan etiraz dalğası qısa müddətdə genişmiqyaslı toqquşmalara çevrilmişdi.