Əsas məzmuna keç

İran prezidenti: İsrail axmaq hərəkətlərindən peşman olacaq

İran prezidenti Məsud Pezeşkian deyib ki, İsrail İslam Respublikası ərazisinə vurduğu silsilə zərbələrə görə peşman olacaq. Siyasətçi bildirib ki, Tehran İsrailin “axmaq hərəkətlərinə” güclü və hüquqi cavab hazırlayır.

İran Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, Tehran cavab zərbələrində özünü saxlamaq niyyətində deyil. Əlavə edilib ki, İsrail rejimi bütün qırmızı xətləri keçib və “ilahi qisas əli” İsraili cəzalandıracaq.

İsrail ordusunun nümayəndələri İranla genişmiqyaslı müharibəyə hazır olduqlarını vurğulayıblar. Və ölkənin xarici işlər naziri Gideon Sarr əlavə edib ki, Tehrana qarşı əməliyyat davam edəcək.

E.ŞİRİNOV  

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…