İran prezidenti nüvə proqramından əl çəkmədən nüvə enerjisi üzrə dialoqa hazırdır

İran nüvə proqramının dinc xarakter daşıdığını təsdiqləmək üçün dialoq aparmağa hazırdır, lakin ondan tamamilə imtina etmək niyyətində deyil.

Tezadlar.az xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.

“Biz dinc nüvə enerjisi sektorunda etimadı gücləndirmək üçün dialoqa və əməkdaşlığa hazırıq. Bir tərəfdən nüvə proqramının tam məhdudlaşdırılmasına razı olmayacağıq, digər tərəfdən isə sionist rejimin (İsraili nəzərdə tutur – RED.) davam edən təcavüzünə cavabımız daha sarsıdıcı və qətiyyətli olacaq”, – deyə İran prezidentinin administrasiyası sitat gətirib.

E.ŞİRİNOV

Xəbəri paylaş

20 İyul