Əsas məzmuna keç

İran prezidenti tezliklə Azərbaycana gəlir

İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək. Tezadlar.az xəbər verir ki, bu barədə “Azad İran” İranın Ticarət-Sənaye Palatasının sədr müavini Hüseyn Pirmoazzinə istinadən xəbər verib. Onun sözlərinə görə, İran Prezidentinin səfərindən əvvəl Bakıya Ərdəbil vilayəti və ölkənin şimal-qərb vilayətlərindən 110 özəl sektor nümayəndəsi və sahibkardan ibarət qrup yola düşəcək.

Azərbaycanda İran prezidentinin səfərini səbrsizliklə gözləyirlər. Soaial şəbəkələrdə prezidentin Azərbaycan dilində Məhəmməd Şəhriyarın “Heydər babaya salam” şeirini necə həvəslə və xüsusən də əzbərdən, söyləməsini əks etdirən videokadrlar yayılıb.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…