Əsas məzmuna keç

İran Prezidenti: “Xalqla kobud rəftar etməməliyik”

İran prezidenti ötən gün maraqlı açıqlamaları ilə diqqəti çəkib. “İran xalqının narazılığı haqlıdır”,- deyən Prezident Məsud Pezeşkian Quran Mədəniyyətinin İnkişafı Şurasının iclasında belə deyib: “Əgər idarələrə müraciət edən vətəndaşlar bizim rəhbərliyimizdən narazıdırsa, idarəetmə işlərində islahatlara çalışmalıyıq və xalqla kobud rəftar etməməliyik”.

İranın Prezidentinin sözlərinə görə, xalq narazı olduğu halda müsəlmanlıq iddiası qəbuledilməzdir: “Problemləri dialoq yolu ilə həll edək”.

Prezidentin bu açıqlaması alqışlarla qarşılanıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…