Əsas məzmuna keç

İran rəhbərliyi Trampa sərt cavab verdi: “Uran zənginləşdiriləcək!”

ABŞ prezidenti Trampın xəbərdarlığının ardından İran prezidenti sərt bəyanatla çıxış edib. “İran nüvə silahı əldə etməyə çalışmır, lakin beynəlxalq hüquq normalarına uyğun olaraq uranın zənginləşdirilməsini davam etdirəcək”,- deyən İran  prezidenti Məsud Pezəşkian “Al Jazeera” telekanalına müsahibəsində bunları bəyan edib: “Biz nüvə silahına sahib olmağı tamamilə rədd edirik – bu bizim siyasi, dini, humanitar və strateji mövqeyimizdir”. Prezident deyib ki, İran “gələcəkdə beynəlxalq hüquq çərçivəsində öz ərazisində uranın zənginləşdirilməsini davam etdirəcək”.

ABŞ mətbuatı isə bunu Trampın bəyanatını gözdən salan fikirlər kimi diqqətə çatdırmaqdadır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…