Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranda bu da baş verdi: Kann Festivalının “Qızıl Palma” mükafatçısı, tanınmış rejissor Cəfər Pənahi bir il müddətinə həbs cəzası alıb. Tezadlar.az İRNA agentliyinə istinadla bildirir ki, bu barədə rejissorun vəkili Mustafa Nili tvitter səhifəsində yazıb. Sitat: “Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Cəfər Pənahini rejim əleyhinə təbliğat fəaliyyətlərinə görə qiyabi şəkildə bir il müddətinə həbsə, iki il ölkədən çıxış yasağına və siyasi-ictimai qruplara üzvlük qadağasına məhkum edib. Hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün qanuni addımlar atacağıq”.
Bax belə…