…Son vaxtlar İran mövzusu ətrafında aparılan müzakirələrdə maraqlı bir tendensiya diqqəti cəlb edir. Elxan Şükürlü və onunla həmfikir olanlar siyasi arqumentlərdən çox emosional ritorikaya üstünlük verirlər. Onların yazılarını oxuyanda diqqət çəkən əsas məqam budur: siyasi arqument demək olar ki, yoxdur, amma emosional ifadələr çoxdur.
Məntiq isə təxminən belə qurulur. Əvvəlcə müəllif özünü təqdim edir:
“mən vətənpərvərəm”,
“mən namuslu insanam”,
“mənim ailəm təmizdir”,
“mən İslamı müdafiə edirəm”.
Sonra isə belə bir nəticə çıxarılır: məni tənqid edənlərin hamısı satqındır, Qərbin agentidir, sionistdir, İslam düşmənidir və.s.
Bu üsul siyasətdə çox köhnədir. Ona arqumentin yerinə emosiyanın qoyulması deyilir. Halbuki siyasət şəxsi xarakter haqqında müzakirə deyil. Siyasət faktların və maraqların müzakirəsidir. Kiminsə özünü vətənpərvər və ya imanlı elan etməsi siyasi arqument sayıla bilməz.
Ona görə də emosiyaları bir kənara qoyub faktlara baxmaq lazımdır. Gəlin görək faktlar nə deyir.
İran və İslam dünyası: ritorika və reallıq
İran uzun illərdir özünü İslam dünyasının əsas müdafiəçisi kimi təqdim edir. Rəsmi çıxışlarda müsəlman həmrəyliyindən danışılır, İsrail isə əsas düşmən kimi göstərilir.
Amma son onilliklərin geosiyasi reallığı başqa mənzərə ortaya qoyur.
İranın hərbi və siyasi fəaliyyəti daha çox müsəlman ölkələrinin daxilində baş verib. Suriya, İraq, Yəmən və Livan bu siyasətin ən açıq nümunələridir.
Sadə bir sual ortaya çıxır: İranın müdaxilə etdiyi hansı müsəlman ölkəsi bu gün daha sabit və daha inkişaf etmiş vəziyyətdədir?
Cavab sadədir: belə bir nümunə demək olar ki, yoxdur.
Əksinə, bu regionların çoxunda məzhəb qarşıdurması dərinləşib, siyasi sabitlik zəifləyib. Başqa sözlə, İranın regional siyasəti çox vaxt İslam dünyasını birləşdirməkdən çox parçalanmanı gücləndirib.
Ermənistan məsələsi və Cənubi Qafqaz
Cənubi Qafqaz siyasətində də maraqlı paradoks mövcuddur.
Qarabağ münaqişəsi illərində Ermənistan Türkiyə və Azərbaycan tərəfindən blokadada idi. Bu dövrdə Ermənistanın əsas iqtisadi və logistika yolları İran üzərindən keçirdi. Tehran İrəvanla iqtisadi əlaqələri davam etdirdi və bu əlaqələr müharibə illərində də kəsilmədi.
Regionda başqa bir fakt da məlumdur. Müxtəlif dövrlərdə Rusiyanın Ermənistana göndərdiyi hərbi yüklərin İran ərazisi üzərindən tranzit keçdiyi barədə mediada və ekspert müzakirələrində məlumatlar yayılıb. Bu məsələni Prezident İlham Əliyev də müxtəlif çıxışlarında qeyd edib.
Eyni dövrdə Azərbaycan erməni separatizminə qarşı mübarizə apararkən İsraildən müasir hərbi texnologiyalar və silah alırdı. Bu fakt beynəlxalq mediada və analitik hesabatlarda dəfələrlə qeyd olunub. Ermənistan da, İran da bu barədə yazıb.
Bu faktlar beynəlxalq münasibətlərin sadə bir həqiqətini göstərir: geopolitika ideoloji şüarlarla deyil, strateji maraqlarla idarə olunur.
Buna baxmayaraq, Elxan Şükürlü iddia edir ki, Ermənistana silah ötürən İran Azərbaycana hərbi, siyasi və iqtisadi dəstək verən İsraildən qat-qat yaxşı ölkədir.
Zəngəzur dəhlizi və Türk dünyası
Son illərdə İranın ən sərt etiraz etdiyi məsələlərdən biri Zəngəzur dəhlizi layihəsidir.
Bu dəhliz Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin etməklə yanaşı Türkiyə, Azərbaycan və Orta Asiya arasında yeni nəqliyyat və ticarət xəttinin formalaşmasına xidmət edir.
Başqa sözlə, bu layihə Türk dünyasının iqtisadi, siyasi və coğrafi inteqrasiyasını gücləndirən strateji təşəbbüsdür.
Tehranın bu layihəyə qarşı çıxması isə başqa bir reallığı göstərir: Türk dünyasının inteqrasiyası İran tərəfindən geosiyasi risk kimi qəbul olunur. İran bütün varlığı ilə Türk Dünyasının bir araya gəlməsinin qarşısını almağa çalışır. Elxan Şükürlüyə görə, İran düz edir, biz sadəcə siyasəti bilmədiyimizə görə düzə əyri deyirik.
İranın daxili siyasi vəziyyəti
İranın daxili siyasi sistemi də tez-tez beynəlxalq müzakirə mövzusuna çevrilir. Xüsusilə 2022-ci ildə baş verən kütləvi etirazlar İranın müasir tarixində ən geniş sosial hərəkatlardan biri hesab olunur.
Bu etirazlar zamanı minlərlə insan həyatını itirdi, on minlərlə insan isə həbs edildi.
İran eyni zamanda dünyada edamların sayına görə ən yüksək göstəricilərdən birinə malik ölkələrdən biridir.
Bu faktlar İranın mövcud siyasi modelinin ciddi daxili problemlərlə üzləşdiyini göstərir. Yəni Elxan Şükürlü İran xalqının qamını tökən bir sistemi müdafə edir. Bizdə də qeyrət olsa, biz də onunun kimi molla rejimini alqışlamalıyıq, sinəmizi qabağa verib bu insanlıq qatillərini müdafiə etməliyik.
İranın regiondakı hərbi strategiyası
Son iyirmi ildə İranın hərbi və siyasi fəaliyyəti əsasən müsəlman ölkələrinin daxilində baş verib.
İraq müharibəsindən sonra İranın dəstəklədiyi müxtəlif milis qrupları ölkənin siyasi və təhlükəsizlik sistemində mühüm rol oynamağa başladı.
Suriyada vətəndaş müharibəsi zamanı İran Əsəd rejiminin əsas hərbi dayaqlarından birinə çevrildi. Bu münaqişə yüz minlərlə insanın ölümünə, milyonlarla insanın qaçqın vəziyyətinə düşməsinə səbəb oldu.
Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının şəhərlərinə və enerji infrastrukturlarına qarşı raket və dron hücumları həyata keçirdi.
Livan isə Hizbullah vasitəsilə İranın regiondakı əsas geopolitik platformalarından biri hesab olunur.
İranın beynəlxalq ittifaqları: Venesuela, Rusiya, Çin və Şimali Koreya
İranın beynəlxalq siyasətində diqqət çəkən məqamlardan biri də onun yaxın tərəfdaşlarının xarakteridir.
Tehran son illərdə Venesuela, Rusiya, Çin və Şimali Koreya ilə daha sıx siyasi və iqtisadi əməkdaşlıq qurmağa çalışır.
Bu ölkələrin bir çoxu Qərb dünyası ilə mürəkkəb münasibətlərə malikdir və siyasi sistem baxımından avtoritar idarəetmə modelləri ilə tanınırlar.
Məsələn, İran və Venesuela enerji sektorunda əməkdaşlıq edir, Rusiya ilə hərbi və texnoloji sahələrdə əlaqələr mövcuddur, Çin isə İranın əsas iqtisadi tərəfdaşlarından biridir.
Bu ittifaqlar beynəlxalq siyasətdə İranın daha çox Qərb blokuna alternativ geosiyasi platformalarla əməkdaşlıq etməyə çalışdığını göstərir.
İran siyasi modelinin əsas xüsusiyyətlərindən biri din ilə dövlətin birləşdirilməsidir.
Tarix isə göstərir ki, bu model çox vaxt ciddi siyasi böhranlara gətirib çıxarır. Avropanın tarixində katolik və protestant qarşıdurmaları buna klassik nümunədir. XVI–XVII əsrlərdə baş verən dini müharibələr milyonlarla insanın həyatına son qoydu.
Bu faciələrdən sonra Avropa siyasi düşüncəsi mühüm nəticəyə gəldi: dövlət və din institutları bir-birindən ayrılmalıdır.
Bu prinsip sonradan müasir dövlət sisteminin əsas sütunlarından birinə çevrildi.
İranın etnik strukturu və türk faktoru
İran çoxmillətli dövlətdir. Müxtəlif araşdırmalara görə İran əhalisinin böyük hissəsi qeyri-fars etnik qruplardan ibarətdir.
Bu qruplar arasında azərbaycanlı türklər ən böyük etnik qruplardan biridir. Bir çox tədqiqatlarda onların sayı 25–30 milyon, bəzi araşdırmalarda isə 35–40 milyon göstərilir.
Türklər əsasən ölkənin şimal-qərb bölgələrində – Təbriz, Urmiya, Ərdəbil və Zəncan ətrafında yaşayırlar.
Tarixən İran dövlətinin formalaşmasında da türk sülalələrinin böyük rolu olub. Səlcuqlardan üzü bəri Səfəvilərdən Qacarlara qədər bir çox hakim sülalələr türk mənşəli idi.
Bununla belə ana dilində təhsil və mədəni hüquqlar məsələsi uzun illərdir müzakirə mövzusudur. İlham Əliyev çıxışlarının birində problemi birmənalı şəkildə qoydu: Niyə ermənilərin İranda öz məktəbləri var, azərbaycanlıların yoxdur. Ümumiyyətlə, İranda bəlli bir anti-türk isterikası var. Mən hələ İranda ictimai-siyasi müstəvidə türkləri müxtəlif vaxtlarda təhqir edən yaramazların söylədiklərini fakt kimi burada ortaya qoymuram.
İranın iqtisadi və texnoloji zəifliyi
İran zəngin enerji resurslarına malik olsa da, iqtisadi inkişaf baxımından ciddi problemlərlə üzləşir.
Uzunmüddətli sanksiyalar, iqtisadi idarəetmə problemləri və texnoloji məhdudiyyətlər ölkənin inkişaf potensialını zəiflədib.
İran iqtisadiyyatının əsas dayağı neft və qaz sektorudur və bu sektor beynəlxalq sanksiyaların ciddi təsiri altındadır.
Texnologiya sahəsində isə İran Qərb və Şərqi Asiyanın inkişaf etmiş ölkələri ilə müqayisədə biabırçı şəkildə geri qalır. Niyə 40 milyonluq Cüney Azərbaycan bu gerizəkalı molların barbar rejiminin əsarəti altında yaşamalıdır?
İranın beynəlxalq ittifaqları
İranın yaxın tərəfdaşları arasında Venesuela, Rusiya, Çin və Şimali Koreya kimi ölkələr var.
Bu ölkələrin əksəriyyəti Qərb dünyası ilə mürəkkəb münasibətlərə malikdir və avtoritar idarəetmə modelləri ilə tanınır.
Bu ittifaqlar İranın qlobal siyasətdə alternativ geopolitik bloklarla əməkdaşlıq etməyə çalışdığını göstərir.
Özünü mötəbər siyasi xadim hesab edən Elxan Şükürlü bilməlidir ki, İran məsələsi emosional şüarlarla yox, siyasi analizlə müzakirə olunmalıdır.
Həm də bir dövlətin siyasətini tənqid etmək həmin dövlətə düşmən olmaq demək deyil. Bu sadəcə geosiyasi reallıqları qiymətləndirməkdir.
Ümumiyyətlə, siyasətdə əsas meyar emosional bəyanatlar deyil, reallıqdır. Reallıq isə budur: fars monarxiyası da, fars şovinizminə söykənən molla rejimi də türklərlə problemli münasibətə malik olub. Bunun o yanı, bu yanı yoxdur. Min nəfər Elxan Şükürlü ola və bu reallığı malalamağa çalışa, xeyri yoxdur. Hər şey gün kimi ortadadır. Mustafası o ki reallıq çox vaxt siyasi romantikadan daha sərt olur…
Mən düşüncəmə görə, namuslu bir azərbaycanlı heç bir halda iaranpərəst-əslində farspərsət ola bilməz. Olubsa, o, bizdən deyil. Bizə, yəni türkə düşməndir. Hər birimiz azərbaycanpərəst olmalıyıq, öz xalqımızın, öz dövlətimizin yanında olmalıyıq, onun maraqlarından çıxış etməliyik. Son olaraq onu da deyim ki, saqqalı hənalı İran molla rejimini müdafiə edənlərə Azərbaycanın suyu da, çörəyi də haram olsun. Mən bu tip adamları vətən xaini hesab edirəm.
Mən Bütöv Azərbaycan deyirəm, mən Turan deyirəm, mən Türk Dünyası deyirəm. Mən sünni-şiə ayrımçılığına qarşıyam. İslam Dünyasının da birliyinin, bütövlüyünün tərəfdarıyam. İslam Dünyasının intibah dövrü ilə bağlı da dəfələrlə yazmışam. İslam dünyasının “Qızıl dövrü” əsasən VIII əsrlə XIII əsr arası hesab olunur. Ancaq bəzi Qərb tarixçiləri bu dövrü XV, hətta XVI əsrə qədər uzadırlar. Müsəlmanlar elm və mədəniyyətin yanında olanda möcüzələr yaradıblar. Biz yenidən bu cəhalətdən sıyrılıb elm və mədəniyyətə qovuşmalıyıq.
İranın molla rejimi cəhalətə söykənir. Özünü intellektual hesab edən birisi cəhaləti niyə müdafiə etsin ki? Bu sualın məntiqi cavabı yoxdur…
Elbəyi Həsənli,
Politoloq