İran Şahının nəbəsi yəhudiyə ərə gedib- İRAN REJİMİNƏ MEYDAN OXUMA!

Sosial mediada yazılanlardan məlum olur ki, Məhəmməd Rza Şah Pəhləvinin nəvəsi İman Pəhləvi yəhudi iş adamı ilə ailə həyatı qurmaqla İran rejiminə, onun anti-yəhudi siyasətinə meydan oxudu. “…Rza Şah Pəhləvi devrildikdən sonra onun övladlarının taleyi xoş olmadı. Şahın kiçik oğlu, Prinston və Harvard universitetlərinin məzunu Əli Pəhləvi Bostonda intihar etmişdir. Şahın kiçik qızı Leyla Pəhləvi narkotikdən həyatını itirmişdir, bəlkə də canına qəsd etmişdir. Şahın Fərəh xanımdan olan dörd övladından ikisi qalmışdır. Yəhudi ilə ailə quran İman Pəhləvi sülalə qaydasınca vəliəhd sayılan Şahzadə Rza Pəhləvinin — Məhəmməd Rza Pəhləvinin böyük oğlunun qızıdır.
Şahzadə Fərəhnaz Pəhləvinin– Rza şahın böyük qızının övladı yoxdur. Ailə qurmayıb. Amerikada yaşayır…”,- deyə şərqşünas alim, professor Aida Qasımova yazır.
Xəbəri paylaş

20 İyul