Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın Belarusdakı səfiri Əlirza Sanei deyib ki, əgər İran İsrailə qabaqlayıcı zərbə endirsəydi, bütün Qərb ölkələri dərhal Tehranı pisləyəcəkdilər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Sputnik Belarus” agentliyinə diplomat bildirib.
Səfir əlavə edib ki, Tehran münaqişəyə başlasaydı, Qərb dövlətlərinin birgə hücumlarına məruz qalacaqdı. Sanei qeyd edib ki, İsrail və “ABŞ-ın bu bölgədəki vəkil qüvvəsi” İranın nüvə obyektlərinə hücum edərək beynəlxalq hüququ kobud şəkildə pozub.
“İsrailin baş naziri Benyamin Netanyahu məqsədini açıq şəkildə ifadə etdi və dedi: “Biz regionda yeni nizam yaratmaq istəyirik”. Bu, açıq şəkildə beynəlxalq hüququ pozur”, – diplomat vurğulayıb.
İyunun 22-nə keçən gecə ABŞ İranın üç nüvə obyektini – Fordo, Natanz və İsfahanda vurub. ABŞ prezidenti Donald Tramp daha sonra Tehranın uranın zənginləşdirilməsi üzrə əsas obyektlərinin məhv edildiyini bildirib.
İran rəsmiləri zənginləşdirilmiş uran ehtiyatlarını nüvə mərkəzlərindən əvvəlcədən çıxardıqlarını bildiriblər. Media Tramp administrasiyasının İran hakimiyyətinə hücumun birdəfəlik olduğunu və Vaşinqtonun ölkədə çevriliş törətmək niyyətində olmadığını açıqlayıb. “The Wall Street Journal”-ın məlumatına görə, ABŞ Netanyahu ilə həftələrlə davam edən müzakirələrdən və birbaşa koordinasiyadan sonra zərbə endirmək qərarına gəlib.
E.ŞİRİNOV