Əsas məzmuna keç

İran səfiri Trampın kapitulyasiya çağırışını rədd edib

İran ABŞ prezidenti Donald Trampın Tehrandan tələb etdiyi qeyd-şərtsiz təslim olmağa razı olmayacaq.

Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İranın Fransadakı səfiri Məhəmməd Əmin-Nejad deyib.

“Bu, İsrailin baş naziri Benyamin Netanyahu ilə eyni istəkdir. Bu, qətiyyən həyata keçirilmir. İran xalqı təcavüz qarşısında birdir”, – diplomat BFMTV kanalında deyib.

Məhəmməd Əmin-Nejad həmçinin əmin edib ki, İranın hərbi obyektlərinə zərbələr onun müdafiə qabiliyyətinə təsir göstərməyəcək.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…