Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Aprel 2026 / 14:18

İran Trampın atəşkəs mesajına belə cavab verdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın atəşkəsin uzadılması ilə bağlı birtərəfli qərarı ilə bağlı deyib: “İranın maraqlarını təmin etmək və İran xalqının qazanclarını möhkəmləndirmək üçün məntiqi və zəruri bir əsasın yaradıldığı qənaətinə gəldikdə hərəkətə keçəcəyik”.

Tezadlar.az xəbər verir ki, İran mediasının məlumatına görə, Bəqayi atəşkəsin uzadılması ilə bağlı açıqlamalar verib.

İranın yerindəki hadisələri yaxından izlədiyini və milli maraqlarını qorumaq üçün lazımi tədbirlər görəcəyini bildirən Bəqayi deyib: “İran Silahlı Qüvvələri də ölkəni bütün təhdid və hücumlardan qorumağa hazırdır. Diplomatiya milli maraqların və təhlükəsizliyin təmin edilməsi üçün bir vasitədir. İranın maraqlarını təmin etmək və İran xalqının qazanclarını möhkəmləndirmək üçün məntiqi və zəruri bir əsasın mövcud olduğu qənaətinə gəldikdə hərəkətə keçəcəyik”.

Bəqayi həmçinin qeyd edib ki, ölkəsi təcavüzkarları və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etmək və təzminat almaq üçün bütün imkanlardan və vasitələrdən istifadə edəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!