Əsas məzmuna keç

Qalibaf: Trampın müharibəni yenidən başlatması ABŞ üçün sarsıdıcı olacaq

İran Parlament və Danışıqlar Nümayəndəliyinin sədri Məhəmməd Bağır Qalibaf Tehranda Pakistanın Ordu Qərargah rəisi Asim Munir ilə görüşdə bildirib ki, “Əgər (ABŞ prezidenti Donald) Tramp müharibəni yenidən başlatsa, bu, ABŞ üçün müharibənin ilk günündən daha sarsıdıcı və ağrılı olacaq”.

Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Qalibaf bu sözləri Munirlə görüşü zamanı deyib.

O, ölkəsinin və millətinin “ABŞ kimi etibarsız bir tərəfə qarşı” hüquqlarını müdafiə etməkdə heç vaxt güzəştə getməyəcəyini, İran Silahlı Qüvvələrinin atəşkəs prosesi zamanı özünü yenilədiyini vurğulayaraq xəbərdarlıq edib: “Əgər Tramp müharibəni yenidən başlatsa, bu, ABŞ üçün müharibənin ilk günündən daha sarsıdıcı və ağrılı olacaq”.

Qalibaf ABŞ-ın danışıqlar mərhələsində əvvəllər İrana hücum etdiyini xatırladaraq, ABŞ-ın hazırda dəniz blokadası tətbiq etməklə Pakistanın vasitəçiliyi ilə əldə edilən atəşkəsi pozduğunu və indi onu ləğv etməyə çalışdığını bildirib.

Munir də öz növbəsində ölkəsinin və millətinin İran xalqının gələcəyi üçün ən xoş arzularını bildirib.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…