17 Aprel 2026 / 16:43

“İran uranı ABŞ-a verir, tezliklə müharibənin başa çatdığını deyəcəm”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran yüksək zənginləşdirilmiş uranı Vaşinqtona təhvil verməyə razılıq verib. Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, bu barədə The Washington Post nəşri məlumat yayıb. Tramp jurnalistlərə açıqlamasında deyib ki, İranın nüvə silahına malik olmayacağı ilə bağlı razılıq əldə olunub: “İranın nüvə silahı yoxdur və onlar bununla razılaşıblar. Onlar buna çox qəti şəkildə razılıq veriblər. Həmçinin B-2 bombardmançıları tərəfindən həyata keçirilən hücum nəticəsində yeraltında qalan yüksək zənginləşdirilmiş uranı bizə qaytarmağa da razılıq veriblər. İranla çoxsaylı razılaşmalarımız var və düşünürəm ki, çox müsbət, çox mühüm bir hadisə baş verəcək”, – deyə Tramp bildirib. Tramp bildirib ki, “İrandakı müharibənin problemsiz keçdiyini və tezliklə başa çatmalı olduğunu deyəcəyəm”. Nəşr qeyd edir ki, Trampın istifadə etdiyi “nüvə tozu” ifadəsi ABŞ-ın ötən ilin iyununda İranın əsas nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra yerin dərin qatlarında qalan yüksək zənginləşdirilmiş urana aiddir. Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) məlumatına görə, həmin material hələ də yeraltında qalır və təhlükəsizlik baxımından ciddi əhəmiyyət daşıyır.

ABŞ administrasiyası hesab edir ki, bu material nüvə silahının hazırlanmasında istifadə oluna bilər. Washington Post vurğulayır ki, Trampın açıqlaması təsdiqlənərsə, bu, Vaşinqtonun Tehranın nüvə imkanlarını məhdudlaşdırmaq istiqamətində mühüm diplomatik uğuru kimi qiymətləndirilə bilər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!